“Forbes” jurnalı məşhur şirkətlərin saatlıq qazancını açıqlayıb.
Yenicag.az xəbər verir ki, ilk sırada “Apple” şirkəti dayanır. Sözügedən şirkətin 1 saatlıq qazancı 29,1 milyon dollardır.
İkinci sırada isə 26,2 milyon dollarla “Amazon”dur. İlk “üçlüy”ü 15,6 milyon dollarla “Google” şirkəti bağlayır.
“Microsoft” 13,5, “İntel”, 8,9, “Facebook” 6,4, “Netflix” isə hər saata 1,9 milyon dollar qazanır.