Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Apple” bu kimi yeni xidmətlərini təqdim etdi

“Apple” bir sıra yeni xidmətlərini təqdim edib.

Yenicag.az xəbər verir ki, xidmətlərin təqdimat mərasimi Kupertinoda yerləşən Stiv Cobs Teatrında keçirilir.

Apple News +

Şirkət “Apple News” platformasını yeniləyib və indi mobil tətbiq “Apple News +” adlanacaq.

Xidmət müxtəlif jurnalların məlumtlarını göstərəcək: istifadəçilər 300-dən artıq mənbənin məlumatlarından ibarət xəbər lentinə malik olacaqlar.

Xidmətə aylıq abunəlik 9,99 dollara başa gələcək.

Apple Card

Kupertinoda təqdim edilən yeniliklərdən biri “Apple Card” oldu: “Apple” qurğularına bağlanmış virtual kredit kartı. Xidmət “Apple pay” prisipi ilə ödənişlər etməyə imkan verəcək.

Şirkətdən qeyd ediblər ki, “Apple Card”ın fiziki analoqu da olacaq. Maliyyə vasitəsi lakin ABŞ ərazisində işləyəcək.

Apple Arcade

Şirkətin istehsalçıları həmçinin mobil qurğular üçün “Apple Arcade” adlı oyun xidmətini təqdim ediblər.

Platformada 100-dən artıq oyun yerləşdiriləcək. “Arcade” payızda dünyanın 150-dən artıq ölkəsində fəaliyyətə başlayacaq.

Apple TV

Bundan əlavə, “Apple TV” adlı videoplatforma təqdim edilib. Proqram özündə digər striminq xidmətlərindən və telekanallardan serialları, idman yayımlarını və kabel televiziyasını birləşdirəcək.

Yeni xidmət istifadəçiyə onun daha əvvəl izlədiklərinin əsasında kinolar tövsiyə edə biləcək.

Haləki xidmət yalnız 10 dövlətin ərazisində işləyir, lakin gələcəkdə xidmətin daha 90 ölkənin ərazisində işləcəyi planlaşdırılır./Trend/

www.yenicag.az

9947
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM