!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Apple” “əməkdaşı” 620 min foto və video oğurladı

!Reklam – Yazi

Los Ancelesin La Puent şəhərində yaşayan 40 yaşlı Hao Kuo Çi adlı şəxs minlərlə “iCloud” hesabından intim xarakterli 620 000 foto və video oğurlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sözügedən şəxsi artıq yaxalayıblar.

Hao Kuo Chi 4 maddə üzrə öz günahını etiraf edib. Məlum olub ki, bu haker özünü “Apple” şirkətinin dəstək xidməti əməkdaşı kimi təqdim edib və beləliklə istifadəçilər ilə elektron poçt yazışmalarında onları “Apple ID” ilə şifrələri təqdim etməkdə razı sala bilib. Nəticədə haker minimum 306 istifadəçinin “iCloud” hesabını əldə edə bilib. Onların əksəriyyəti qadınlar olublar.

O, “icloudripper4you” ləqəbi ilə “iCloud” hesablara giriş xidmətlərini təklif edirmiş.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv