Reklam: High Technic
hightechnic

Apple ilə əməkdaşlıq Google-a neçəyə başa gəlir?

Google ilə Apple şirkətləri mobil cihazlar bazarında 10 ildir ki, rəqabət aparırlar. Lakin buna baxmayaraq bu iki şirkət həmçinin uzun illərdir ki, əməkdaşlıq da edir.

Məlumatlara əsasən bu əməkdaşlq hər il Google şirkətinə milyardlarla dollara başa gəlir. Uzun illər ərzində internetdə məlumat gəzirdi ki, Google axtarış sisteminin Apple şirkətinin mobi cihazlarındakı Safari brauzerində standart axtarış sistemi kimi qalması üçün Google külli miqdarda pul ödəyir.

Buna baxmaraq hər iki şirkət heç zaman bu əməkdaşlıq barədə rəsmi məlumat verməyib. Analitik Rod Hall-un sözlərinə görə bu il Google öz axtarış sisteminin iOS cihazlar üçün nəzərdə tutulmuş Safari brauzerində standart axtarış sistemi kimi qalması üçün Apple şirkətinə 9 milyard dollar vəsait ödəyəcək. Gələcəkdə isə bu rəqəm getdikcə böyüyəcək. Beləliklə gələn il bu göstərici artıq 12 milyard dollar ola bilər. Bu əməkdaşlıq onunla əlaqəlidir ki, Apple şirkəti Google üçün trafik yığımı üzrə ən böyük kanallardan biridir. Bundan əlavə olaraq bu üsul ilə Google şirkəti iPhone və iPad işlədən milyonlarla istifadəçiyə reklam göstərə bilir. Belə ki, Google şirkətinin əsas gəlir mənbəyi məhz reklamlardır.

www.yenicag.az

11432