“Apple” işlədənlərə bəd xəbər

“Apple” şirkəti iTunes musiqi proqramını bağlayır.

Yenicag.az xəbər verir ki, buna səbəb iTunes-da musiqilərin satışının aşağı düşməsidir. Rəhbərlik SoundCloud, YouTube və Spotify kimi proqramlara rəqib olacaq yeni musiqi proqramı yaratmağı düşünür.

Servis 2019-cu ilin əvvəllərində bağlanacaq.

Qeyd olunur ki, iTunes istifadəçiləri tərəfindən əldə olunan musiqilər Apple Music proqramına köçürüləcək.