“Apple” istifadəçilərinin nəzərinə: Güclü virus yayılır

mac_desktops_2013-800x536ABŞ-ın `Apple` şirkətinə məxsus ` Macintosh` kompüterləri ilk dəfə virusa yoluxub.

Məlumata əsasən, `KeRanger` adlı proqram yoluxmuş kompüterlərdə məlumatları şifrəliyir və daha sonra istifadəçilərdən onların məlumatı əldə etməsi üçün çətin izlənilən valyuta tələb edir.
Bununla da, bu `Apple` kompüterlərinin müdafiəsini aşan ilk virus oldu.
“Bu `Apple` kompüterlərinin virusa yoluxmasına dair ilk haldır. Virus istifadəçilərin məlumatlarını şifrəliyir və istifadəçilərdən vəsait tələb edir”, – deyə `Palo Alto Networks` şirkətinin kiber təhlükəsizlik üzrə direktoru Rayna Olson bildirib.(Azvision)