“Apple” korporasiyası yeni platformasını istifadəyə verdi – Netflixə yeni rəqib

“Apple” korporasiyası “Apple TV ” adlı striminq platformasını istifadəyə verib.

Yenicag.az “ICTnews”a istinadən bildirir ki, bu haqda xidmətin rəsmi saytında məlumat verilib. Sözügedən platforma “Apple”ın qurğularına qurulmuş “Apple TV” tətbiqində, saytda və bəzi “ağıllı” televizorlarda əlçatandır.

İlk 7 gün xidmət istifadəçilər üçün ödənişsizdir.

Dünyanın 100-dən çox ölkəsində əlçatan olan “Apple TV ” platforması “Netflix” platformasına rəqib olacaq