!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Apple" müflis olmaq üzrədir? - STATİSTİKA

!Reklam – Yazi

ABŞ-nin texnologiya nəhənglərindən biri olan “Apple” şirkətinin əldə etdiyi gəlir faizlərində kəskin dəyişikliklər olub.

Yenicag.az xəbər verir ki, yanvar-mart aylarında brendin gəliri 94.8 milyarda çatıb. Halbuki bu məbləğ ötən illərdə 100-105 milyarda qədər yüksəlib.

Bu qədər azalmaya səbəb isə kompüter və planşetlərin az alışı səbəb olub. Belə ki, milyonlarla “İphone” alınarkən, digər texnologiya alətlərinin satışları xeyli azalıb. İşin maraqlı tərəfi odur ki, “Apple”ın baş direktoru Tim Tuk çətin mikroiqtisadi şərtlərə baxmayaraq, şirkətin rekord satışlar əldə edəcəyini bildirib.

Qeyd edək ki, nəinki “Apple”, bir çox məşhur texnologiya nəhənglərinin satışlarında zəifləmə olub. Dünya iqtisadçıları düşünür ki, Amerikada bir çox bankların müflis olması bu problemlərin artmasına təsir edə bilər.

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv