ABŞ-ın “Apple” şirkəti musiqi proqramı olan “Shazam”ı almağa qərar verib.
Yenicag.az xarici mətbuata istinadən bildirir ki, razılaşma haqqında rəsmi xəbər gələn həftə çıxacaq. Məlumata görə, “Apple” şirkət üçün 400 milyon dollar ödəyəcək.
Həmçinin, o da bildirilir ki, bundan öncə Shazamı “Snapchat” kompaniyası almağa hazırlaşırdı, lakin “Apple” şirkətinin təklifi daha münasib olub.