Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Apple” şirkətindən daha bir yenilik

f6e77c0d1d5ba29a30251c81abc3bcf5“Apple” şirkəti film və seriallar çəkmək qərarına gəlib.

Bu barədə “Variety” nəşri xəbər yayıb.

Bildirilir ki, Kaliforniya şirkəti “Netflix Amazon” şirkətinin ardınca özünün şəxsi video kontentini yaratmaq niyyətindədir. Artıq bununla bağlı “Apple” rəsmiləri bir sıra Hollivud studiyalarının rəhbərləri ilə görüşlər keçiriblər. Bu görüşlərin keçirilməsində məqsəd isə müştərək yaradacaqları orijinal kinofilmlər, seriallar və televiziya şoularına marağı öyrənməkdir. Bu danışıqları “Apple”in baş vitse-prezidenti Eddi Kyuya tabe olan və “Tunes”, “App Store”, həmçinin “Siri”, “Apple Pay” və “iCloud” internet servis və internet mağazaların tərtibatı ilə məşğul olan bölmə aparır.

Şirkət artıq şəxsi video kontentinin yaradılması üçün tez bir zamanda işçilərin işə qəbuluna başlamaq niyyətindədir. Buna səbəb artıq gələn ildən şirkətin yeni qolunun tam gücü ilə işə başlamasına nail olmaqdır.

“Apple” şirkətində isə nəşrin bu məlumatına hər hansı şərh verməkdən imtina ediblər(lent.az).

www.yenicag.az

302