Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Apple" yeni məhsullarını təqdim etdi: iPhone 12-nin rəngi, iMac 2021-in özəllikləri... - QİYMƏT

Apple şirkəti dünən yeni məhsullarının onlayn təqdimatını keçirib.

Yenicag.az xəbər verir ki, mərasimdə bənövşəyi rəngdə iPhone 12 təqdim edilib.

Təqdimat çərçivəsində ən nəzərə çarpan məhsullardan biri rəngi və özəllikləri ilə seçilən iMac 2021 kompüteri olub. Yenilənmiş iMac 2021 modeli tamamilə fərqli dizayn əldə edib. Dizayn baxımından o, aktual olan iPhone 12-ni xatırladır. Bununla yanaşı iMac 2021 modeli Apple M1 prosessoru ilə təchiz olunub və yastı kənar hissələr ilə 7 gövdə rəngini əldə edib. Apple M1 prosessorunun digər analoqlardan fərqli olaraq daha kompakt ölçüyə sahib olması sayəsində yeni iMac 2021 modelinin ölçüsünü də bir qədər kiçiltmək mümkün olub. Bununla yanaşı kompüter təkmilləşdirilmiş soyutma sistemini əldə edib və o, əvvəlki iMac modellərində olan soyutma sistemlərindən daha sakit çalışır.

Kompüter özündə 4480×2520 piksel keyfiyyətli (4.5K) 24 düym Retina ekranı birləşdirir. Ekranın yuxarı mərkəz hissəsində isə Full HD kamera yerləşdirilib. Bundan əlavə olaraq real zaman ərzində təsvirdəki səs-küyün aradan qaldırılması üçün Apple şirkəti M1 prosessorunun neyron bloklarından istifadə edərək təsvirin xüsusi emalı funksiyasını inteqrasiya edib. Prosessorun hesablayıcı gücləri kompüterə yerləşdirilmiş mikrofon vasitəsilə istifadəçi səsinin qəbulu zamanı onun emal olunmasında da istifadə edilir. Yeni iMac 2021-in daxilində 6 səsgücləndiricidən ibarət akustik sistem yerləşir. Kompüter hətta Dolby Atmos texnologiyasının dəstəyinə də sahibdir.

Apple şirkətinin sözlərinə əsasən əvvəlki iMac modelləri ilə müqayisədə iMac 2021-in performans göstəricisi 2 dəfə yüksəlib. Kompüterin arxa panelində 4 giriş mövcuddur. Onlardan 2-si USB Type-C, digər 2-si isə Thunderbolt 4-dür. Bundan əlavə olaraq ilk dəfə olaraq iMac 2021-in klaviaturası Touch ID texnologiyasını əldə edib. Kompüter 3 versiyada təqdim olunur. Hər 3 versiya 8 nüvəli prosessora sahibdir. Lakin onlardan biri 7 nüvəli qrafik prosessoru, digər ikisi isə 8 nüvəli qrafik prosessoru özündə birləşdirir. Bununla yanaşı kompüter 8 GB RAM və 256/512GB daxili yaddaş ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, 7 nüvəli qrafik prosessoru özündə birləşdirən versiyanın klaviaturasında Touch ID texnologiyası mövcud deyil. Yenilənmiş iMac 2021 gələn ayın ortasında satışa çıxacaq. Onun qiyməti isə aşağıdakı kimidir:

– 8 nüvəli prosessor + 7 nüvəli qrafik prosessor + 256 GB yaddaş – 1299$

– 8 nüvəli prosessor + 8 nüvəli qrafik prosessor + 256 GB yaddaş – 1499$

– 8 nüvəli prosessor + 8 nüvəli qrafik prosessor + 512 GB yaddaş – 1699$.

Təqdimat tədbirində təqdim olunmuş daha bir yeni məhsul isə iPad Pro 2021 olub. Yenilənmiş iPad Pro ilk dəfə olaraq M1 prosessorunu və mini-LED texnologiyası vasitəsilə hazırlanmış ekran əldə edib. Bununla yanaşı iPad Pro 2021 modeli həm də 5G texnologiyasını dəstəkləyir. Əvvəlki modellərdə olduğu kimi yeni iPad Pro da iki versiyada təqdim olunub. Onlardan biri 11 düym, digəri isə 12.9 düym ekrana sahibdir. Lakin bu dəfə modellər öz aralarında ölçü baxımından əlavə olaraq texniki özəlliklərə görə də fərqlənirlər. Belə ki, 11 düym-lük iPad Pro modelinin ekranı Liqud Retina-dır. Əvvəlki iPad Pro da bu cür ekran ilə təchiz olunur.

12.9 düym-lük iPad Pro modelinə gəldikdə isə onun ekranı mini-LED texnologiyası vasitəsilə hazırlanmış Liquid Retina XDR-dir. Sözügedən ekran daha yaxşı enerji sərfiyyatı effektivliyini və parlaqlığı təmin edir. Qeyd etmək lazımdır ki, mini-LED texnologiyası heç də yeni texnologiya deyil. Belə ki, bu texnologiya vasitəsilə istehsal olunan ekranlar uzun zamandır ki, premium televizorlarda və kompüterlərdə istifadə olunur. Hər iki planşet modeli Apple M1 prosessoru ilə təchiz olunub. Əvvəlki iPad Pro ilə müqayisədə yeni iPad Pro 2021-in CPU performansı 50%, GPU performansı isə 40% yüksəlib. Planşet 8/16 GB RAM, 128/256/512 GB və 1/2 TB daxili yaddaş ilə təchiz olunub.

Yeni iPad Pro-da reallaşdırılmış daha bir yenilik isə Thunderbolt dəstəkli USB Type-C girişidir. Onun sayəsində planşetə xarici monitorları, kameraları və digər cihazları qoşmaq olar. Səsin keyfiyyətli qəbulu üçün planşet 5 ədəd mikrofonu və səsin keyfiyyətli səslənməsi üçün 4 ədəd səsgücləndiricini özündə birləşdirir. iPad Pro 12 MP-lik TrueDepth ön kameraya sahibdir. Həmin kamera həmçinin 122 dərəcə bucaq təsvirli ultragenişbucaqlıdır. Apple şirkəti planşetin ön kamerası üçün Central Stage adlı yeni funksiyanı reallaşdırıb. Həmin funksiya sayəsində ön kamera videozəng zamanı istifadəçini kadrda saxlayır.

Bu proses hətta istifadəçinin videozəng zamanı ətraf mühitdə hərəkəti zamanı da baş verir. Arxa kameralara gəldikdə isə iPad Pro 2021 modeli 12 MP + 10 MP ikili arxa kameraya sahibdir. Qeyd etmək lazımdır ki, arxa kamera dizaynı aktual olan iPhone modellərinin arxa kamera dizaynları kimi rellaşdırılıb. Həmçinin arxa paneldə kameralar ilə birlikdə LiDAR skaner də yerləşdirilib. İlk dəfə olaraq iPad Pro 5G dəstəyini əldə edib. Məsələn ABŞ-da ideal şərtlər altında planşet saniyədə 4 Gbit sürəti təmin edir. Yeni iPad Pro 2021 gələn ayın ortasında satışa çıxacaq. Onun qiyməti isə aşağıdakı kimidir:

– 128 GB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro – 799$

– 128 GB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 11 düym-lük iPad Pro – 999$

– 256 GB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro – 899$

– 256 GB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 11 düym-lük iPad Pro – 1099$

– 512 GB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro – 1099$

– 512 GB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 11 düym-lük iPad Pro – 1299$

– 1 TB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro – 1499$

– 1 TB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 11 düym-lük iPad Pro – 1699$

– 2 TB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro – 1899$

– 2 TB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 11 düym-lük iPad Pro – 2099$

– 128 GB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro – 1099$

– 128 GB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 12.9 düym-lük iPad Pro – 1299$

– 256 GB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro – 1199$

– 256 GB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 12.9 düym-lük iPad Pro – 1399$

– 512 GB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro – 1399$

– 512 GB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 12.9 düym-lük iPad Pro – 1599$

– 1 TB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro – 1799$

– 1 TB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 12.9 düym-lük iPad Pro – 1999$

– 2 TB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro – 2199$

– 2 TB yaddaşa, Wi-Fi-ya və LTE modula sahib 12.9 düym-lük iPad Pro – 2399$.

Loading...

www.yenicag.az

167
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100