“Apple” mobil telefonlarda kameralarla bağlı ilkə imza atacaq.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, gələcəkdə təqdim ediləcək “iPhone”larda iki kamera əvəzinə tək kamera yerləşdiriləcəyi iddia edilir.
Verilən məlumatda bildirilib ki, tək kamera iki kameralı telefon ilə eyni funksiyanı daşıyacaq.
“iPhone X” ve “iPhone 8 Plus” smart telefonlar iki kameralı olsa da, tək kamera daha ucuz modellərdə sınaqdan keçiriləcək.
Bu özəlliyin telefonda öndə yerləşən selfi kamerasına tətbiq ediləcəyi təxmin edilir.