“Apple”dan “iPhone” istifadəçisinə bəd xəbər

Qarşıdakı günlərdə təqdim olunacaq iOS 10.3.2 versiyası milyonlarla “iPhone” istifadəçisini kədərləndirəcək.

Yeniçağ.Az “Technote.az”-a istinadən xəbər verir ki, bu versiya ilə birlikdə iOS 10-un 32-bit dəstəyi sona çatır.

Qarşıdakı günlərdə təqdim ediləcək iOS 10.3.2 yenilənməsi, quruluşuna görə olduqca bənzərsizdir. Ancaq bunu yaxşı mənada vurğulamırıq. “Apple” bu günə qədər görülməmiş bir şeyi edir və iOS 10 versiyasının ortasında bəzi köhnə “iPhone” modellərinə dəstəyi dayandırır.

iOS 10.3.2 versiyasının iki beta versiyası da 32-bit cihazları dəstəkləmədi. Bu o deməkdir ki, təxminən 43,7 milyon “iPhone” istifadəçisi iOS 10.3.2 versiyasını istifadə edə bilməyəcək.

Yeniçağ.Az