!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Apple”dan yenilik - Proqramlar pulsuz olacaq

!Reklam – Yazi

Tezliklə “Apple” öz istifadəçilərinə “AppStore”un ödənişli tətbiqlərini pulsuz yükləmək imkanı verəcək.

Yenicag.az xəbər verir ki, onlar ancaq tanışlıq üçün təqdim ediləcək. Belə ki, “AppStore” mağazasının istifadə qaydalarında yeni düzəlişlər edilib. Bu düzəlişlərdə deyilir ki, ödənişli tətbiqlər üçün sınaq müddəti qeyd etmək mümkündür. Bu müddət ərzində istifadəçilər proqramla tanış ola biləcək və bu proqramın onlara lazım olub-olmadığına qərar verə biləcəklər.

Məlumata görə, proqramlar üçün trial versiyanı tərtibatçılar özləri xahiş ediblər. Həmçinin istifadəçilərin şikayətləri də nəzərə alınıb. Onlar bildirirlər ki, “Mac AppStore”da qiymətlər olduqca bahadır və pul ödəməzdən əvvəl ilk olaraq bu proqramlarla tam tanış olmaq heç nəyə mane olmazdı.

Artıq istifadəçilər rəqəmsal mağazadan ödənişli tətbiqi yüklədiyi zamanı dərhal onun pulsuz istifadə müddəti barədə məlumat əldə edəcəklər.

www.yenicag.az

1997
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv