Hələ Stiven Voznyak tərəfindən yaradılmış “Apple”ın ilk kompüteri “Charitybuzz” internet-hərracında 210 min dollar satılıb.
Yenicag.az xəbər verir ki, iştirakçılar kompüterə qoyulan minimal qiyməti 3 dəfə artırıblar.
Məlumat üçün bildirək ki, “Apple” bu maşınlardan ilkin olaraq 200 nüsxə istehsal etmişdi. Hazırda dünyada cəmi 76 nüsxə qalıb. Onların arasında həmçinin işlək vəziyyətdə olmayan nüsxələr də var.
Zaur H.