Yeni iPhone XR modelinə tələbatın az olmasından Apple şirkətinin səhm qiymətləri aşağı düşməyə başlayıb.
Nəticədə şirkətin bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb və bu göstərici son 6 ildə ən aşağı 2 günlük düşüş göstəricisi olub. Qeyd etmək lazımdır ki, iPhone XR modelinə tələbatın az olması səbəbilə şirkət Foxconn və Pegatron zavodlarına sözügedən iPhone modelinin istehsalat miqyasını azaltmaları təlimatını verib.
Nəticədə şirkətin səhm qiymətləri bazar ertəsində 2.8% aşağı düşmüşdür. Bu, son 6 ildə ən aşağı 2 günlük düşüş göstəricisidir. 2 gün ərzində şirkətin səhm qiymətləri ümumilikdə 8% aşağı düşmüşdür. Qeyd etmək lazımdır ki, büdcəli model kimi qəbul olunan iPhone XR modeli Sentyabr ayında iPhone XS və XS Max modelləri ilə birlikdə təqdim olunmuşdur. Lakin buna baxmayaraq iPhone XR-in satışlarına 1 ay sonra start verildi.
Hələ ki, şirkət iPhone XR modelinin istehsalat miqyasını yüksəltmək əvəzinə iPhone 8 ilə iPhone 8 Plus modellərinin istehsalat miqyasını yüksəldəcək. Belə ki, yeni iPhone modellərinin satışa çıxması səbəbilə əvvəlki modellərin qimətləri aşağı düşməyə başlayıb. Bu səbəbdən alıcılar öz vəsaitlərinə qənaət edərək yeni modellər əvəzinə daha köhnələrinə üstünlük verirlər.