Aprel döyüşçüsü vəfat etdi – Biganəliyin qurbanı oldu

Lələ Təpənin düşmən işğalından azad olunmasında iştirak edən Aslanov Azər Əbülfət oğlu vəfat edib.

Yaxınlarının Yenicag.az-a verdiyi məlumata görə, o, bu gün müalicə aldığı Hematologiya və Transfuziologiya İnstitutunda dünyasını dəyişib.

Aslanov Azərin səhhətində yaranan problemlərin ciddiliyi ilə bağlı dəfələrlə aiddiyəti qurumlara müraciət olunsa da, məsələyə reaksiya göstərən olmayıb.

Qeyd edək ki, Aprel döyüşlərinin iştirakçısı qan xərçəngindən əziyyət çəkirdi.