!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Aprel döyüşləri onun bu oynuna da son qoydu" - Paşinyanın ETİRAFINA politoloq ŞƏRHİ

!Reklam – Yazi

“1998-ci ildə ABŞ-dakı danışıqlardan sonra Azərbaycan diplomatiyasının mövqeyində irəliləmələr başladı. Həmin danışıqlara qədər ABŞ Qarabağı Ermənistana vermək istəyirdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Paşinyanın seçicilərlə görüşdə 1996-cı ildən 2018-ci ilə qədər danışıqlar masasında Ermənistanın uduzduğunu və Qarabağın geri qaytarılmasının qaçınılmaz olmasını deməsinə münasibət bildirən politoloq Qabil Hüseynli  deyib.

Qabil Hüseynli bildirib ki, Heydər Əliyev orada istər ABŞ-a, istər ATƏT-in Minsk qrupunun həmsdərlərinə Azərbaycanın ərazi bütövlüyünün bərpasından başqa heç bir həll variantına getməyəcəyini deyib:

“Paşinyan doğru qeyd edir ki, həmin hadisələrdən sonra Azərbaycan diplomatiyası daha da fəallaşdı, hücumçu mövqeyinə keçdi. Paşinyan onu da qeyd edir ki, 2016-cı ilin aprel döyüşlərinə qədər Serj Sərkisyan Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasına razı olub, daha sonra Dağlıq Qarabağla bağlı Azərbaycanla bazarlıq aparmaq istəyib. 2016-cı ilin aprel döyüşləri onun bu oynuna da son qoydu. Bəlli oldu ki, döyüş başlasa, Azərbaycanın xeyrinə bitəcək. Rüsvayçılıqla hakimiyyətdən gedəcək. Paşinyan bunların hamısını doğru deyir. Düzdür, bəzi yerlərdə öz təbliğatı və xal qazanması üçün fikirlər səsləndirir. Ancaq o digərlərinə nisbətən səmimi və dürsüstcə faktlar verir. Sərkisyanın aprel döyüşlərindən əvvəl Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasını deməsi dəqiq faktlara söykənir”.

Səxavət Məmməd

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv