Aprel döyüşlərində məhkumlardan prezidentə müraciət – “Bu yolda ölmək şərəfdir” – FOTOFAKT

2016-cı il aprel savaşı zamanı Azərbaycanda mülki şəxslər və keçmiş döyüşçülər də müharibəyə qatılmaq üçün rayonlardakı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirdilər.

Aprel döyüşləri zamanı təkcə mülki şəxslər yox, məhkumlar da müharibəyə qatılmaq üçün müraciət ediblər.

Yenicag.az cəzaçəkmə müəssələrindəki məhkumların Azərbaycan prezidenti İlham Əliyevə müraciətini və bu məhkumların siyahısını əldə edib.

Həmin müraciəti olduğu kimi sizə təqdim edirik:

“Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə

Birinci Qarabağ döyüşünün iştirakçısı, hal-hazırda məhkum Şükürov Yaşar Teyyub oğlu tərəfindən

Müraciət

Cənab Ali Baş Komandan!

Mən, 1989-cu ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişəm. Qazax rayonunun sərhəd kəndləri- Sofulu, Bərxudarlı, Balacəfərli, Xeyrimli, Əskipara uğrunda döyüşlərdə fərqləndiyimə görə mərhum daxili işlər naziri Məhəmməd Əsədov tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışam. 1992-ci ildə Laçın rayonunun Axnazar, Fingə, Təzəkənd, Tiqik-1, Tiqik-2, Mollalar kəndləri uğrunda döyüşlərdə düşmənə ağır zərbələr vurduğuma görə Müdafiə Nazirliyi tərəfindən mənə “Təşəkkürnamə” verilib. 1993-cü ilin dekabrında Haramı düzündə gedən döyüşlərdə erməni quldurlarının 6 (altı) zirehli texnikasını məhv etdiyimizə görə mərhum prezidentimiz Heydər Əliyev tərəfindən “Hərbi Xidmətə görə” medalı ilə təltif edilmişəm.

Cənab Ali Baş Komandan, mən yüzlərlə məhkumun adından bu müraciəti edirəm. Biz Azərbaycan Respublikasının vətəndaşları olaraq bildiririk ki, əgər bizə şərait yaratsanız, bu müqəddəs savaşda, vətənimizi düşmən işğalından azad etmək üçün son damla qanımızı gözəl Qarabağımızın hər qarış torpağına axıtmağa hazırıq. Bunu özümüzə borc bilirik. Cənab Ali Baş Komandan, biz vaxtlı- vaxtında sizin çıxışlarınızı, cəbhədən gələn xəbərləri televizor vasitəsi ilə izləyirik. Səngərdə igidcəsinə şəhid olan əsgərlərimizin xatirəsini əziz tutur və ürək ağrısı ilə yad edirik. Cənab Ali Baş Komandan, biz vətənimiz Qarabağın azadlığı uğrunda döyüşmək üçün hər vaxt əmr gözləyirik. Ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, biz cinayət etmişik, cəzamızı peşimançılıqla çəkirik. Amma bu asan deyil. İkinci peşimançılığımız da budur ki, kaş bu müqəddəs savaşda əsgərlərimizlə çiyin-çiyinə olardıq. Cənab Ali Baş Komandan, xahiş edirik ki, döyüş gördüyümüz üçün bizi ən ağır qaynar nöqtəyə göndərəsiniz. Mən bir keçmiş briqada kəşfiyyat rəisi kimi yox, bir sıravi əsgər kimi hər an döyüşməyə hazıram. Mən və məhkum yoldaşlarım fəxr edərik ki, vətən yolunda şəhid olaq. Bu yolda ölmək şərəfdir”.

15 saylı cəzaçəkmə müəssisəsi Məhkum Şükürov Yaşar Teyyub oğlu

Müraciəti imzalayan məhkumların siyahısı (128 nəfər):

1. Şükürov Yaşar Teyyub oğlu
2. Səyidov Zaur Cəmaləddin oğlu
3. Yarıyev Pələng Qədir oğlu
4. Yaqubov Kamal Yaqub oğlu
5. Kərimov Elmar Elman oğlu
6. Əliyev Ayaz Zakir oğlu
7. Əliyev Murad Əhədulla oğlu
8. Dadaşov Röyal Nazim oğlu
9. Mirzəyev Ramin Mirzəqulu oğlu
10. İbrahimzadə Yaşar İbrahim oğlu
11. Əliyev Süleyman Edison oğlu
12. Bayramzadə Arzuman Ehtiram oğlu
13. Əzimov İlkin Elman oğlu
14. Ağayev Qəhrəman Elxan oğlu
15. Rzayev Ramiz Sahib oğlu
16. Əzizov Vüsal Vaqif oğlu
17. Məmmədov Yavər Ramiz oğlu
18. Rzayev Səfadar Həmid oğlu
19. Məmmədov Hüseyn Xəqani oğlu
20. Manafov Daşqın Allahverdi oğlu
21. Məmmədov Sadiq Faiq oğlu
22. Abdullayev Ruslan Fərhad oğlu
23. Əhmədov Zaur Səməd oğlu
24. Fəmiyev Nazim Kamandar oğlu
25. Məmmədov Ramin Allahverəm oğlu
26. Məlikov Nicat Əliheydər oğlu
27. Məmmədov Şərif Akif oğlu
28. Məmmədov Nəsimi Müsəddiq oğlu
29. Nəbiyev Muraz Mamed oğlu
30. Musayev Nurlan Tanrıverdi oğlu
31. Məmmədov Aydın Gülməmməd oğlu
32. Vəlixanov Nəriman Kamil oğlu
33. Nəsirli Elxan Xanlar oğlu
34. Bayramoz Əlizamin Cuma oğlu
35. Xəlilov Seymur
36. Qurbanov Nizami Nüsrət oğlu
37. Hüseynov Coşqun Mirbalabəy oğlu
38. Rüstəmov Samir Rüstəm oğlu
39. Əliyev Elşad Həbib oğlu
40. İsgəndərov Zamiq İslam oğlu
41. Cəfərov Telman Həci oğlu
42. Bayramov Muraz Valeh oğlu
43. Atakişiyev Əfqan Güloğlan oğlu
44. Əlizadə Ramin Ehtibar oğlu
45. Veyisov Səbuhi Akif oğlu
46. Talıbov Elşən Faiq oğlu
47. Məmmədov Əziz Əli oğlu
48. Əliyev İltifat Miri oğlu
49. Əliyev Feyruz Güloğlan oğlu
50. İsmayılov Tural Akif oğlu
51. Cəfərov Rüfət Ədalət oğlu
52. Cəfərov Nəsib Yaqub oğlu
53. Əlişov Valeh Əlamdar oğlu
54. Arixov Azər Novruz oğlu
55. Əbilov Vahid Həci oğlu
56. Əlizadə Samir Rəhim oğlu
57. Qeybullayev Rüstəm Abdulla oğlu
58. Muradov Vüqar Əyyub oğlu
59. Əhmədov Elməddin
60. Məmmədov Fərid Xosrov oğlu
61. Əzizov Zaur Mirrəhim oğlu
62. Bürcəliyev Elman Mirmanaf oğlu
63. Əliyev Ramiz Müzəffər oğlu
64. Mirbabalı Mirsəfər Mirehtimad oğlu
65. Cəfərov Tələt Allahyar oğlu
66. Rəcəbov İsmayıl Murad oğlu
67. Məmiyev Mamed Mürvət oğlu
68. Salayev Hamil Ehtibar oğlu
69. Abacov Şücayət Hüseynağa oğlu
70. Nərimanov Ruslan Şakir oğlu
71. Kazımov Ramil Eldar oğlu
72. Əliyev Azad Şaliko oğlu
73. Bayramiv Sadiq Ramiz oğlu
74. Məmmədov Nicat Məsud oğlu
75. Nəsibov Vüsal Yaqub oğlu
76. Qasımov Yusif Səlif oğlu
77. Həsənov Rafiq Baxı oğlu
78. Babayev Turab Vəkil oğlu
79. Aslanov Aslan Elvaz oğlu
80. Bayramov Şahin Xanhüseyn oğlu
81. Ağayev Nahid Mirmehti oğlu
82. Miriyev Ramin Telman oğlu
83. Hüseynov Hüseyn Zamin oğlu
84. Aliyev Amid Mahir oğlu
85. Ağdami Məzahir Əli oğlu
86. Allahverdiyev Fizuli Fərhad oğlu
87. Bağırov Roman Maşalla oğlu
88. Məmmədov İlkin Nadir oğlu
89. Vəlixanov Mirkamil Miryusif oğlu
90. Əsgərov Elsevər Elxan oğlu
91. Qarayev Xəyyam Qurban oğlu
92. Əliyev Əlvan Məhəmməd oğlu
93. Əliyev Elşən Ramazan oğlu
94. Bayramoz Ramiz Ramiz oğlu
95. İsmayılov Elnur Rəfail oğlu
96. Ağabəyli Vasif
97. Şirinov Cavid İsmayıl oğlu
98. İmanov Şirxan Kamil oğlu
99. Əzizov Fuad Zülfüqar oğlu
100. Əliyev Nəsimi Elxan oğlu
101. Cəgərov Ramil Rafiq oğlu
102. Əfsəlof Teymur Hüseyn oğlu
103. Abdullayev Kərəm Müştaba oğlu
104. Əliyev Elşad Həbib oğlu
105. Qurbanov Rauf Rəsul oğlu
106. Babayev Əlirıza Məcid oğlu
107. Niftəliyev Surxay Buksay oğlu
108. Nuriyev Elvin Hakim oğlu
109. Orucov Ədalət Tağı oğlu
110. Məmmədov Siyavuş Sənani oğlu
111. İbadov Namiq Qəzənfər oğlu
112. Ələkbərov Marif Hidayət oğlu
113. Yusipov Əfqan Həsrət oğlu
114. Quliyev Zamiq Vaqif oğlu
115. Baxşəliyev Anar Zahir oğlu
116. Rufullayev Sakit Cəfər oğlu
117. Həsənov Vuqar Rəcəb oğlu
118. Dadşov Niyaməddin Cəmaləddin oğlu
119. Bağırov Azər Akif oğlu
120. Rəhimov Rüstəm Rövşən oğlu
121. Əlişov Şaət Ənirşah oğlu
122. Cəfərov İlkin Tacətdin oğlu
123. Şaiyev Araz Muradxan oğlu
124. Cəfərov Niyaz Səyad oğlu
125. Quliyev Kamran Habil oğlu
126. Əhmədov Mehdi Adil oğlu
127. Mehdiyev Tahir Divanxan oğlu
128. Quliyev Mobil

2 aprel 2016-cı il

Səxavət Məmməd