Aprel döyüşlərində şəhid olan gizirin ad günüdür – Fotolar

sehidBu gün aprel döyüşlərində şəhid olan gizir Teymur Qasımovun doğum günüdür.

Teymur Qasımov 04 yanvar 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. Mingəçevir İnternat məktəbinin məzunu olan Teymur, eyni zamanda tanınmış idmançı idi.

2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi vətənə xidmət edib. Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən son döyüşdə şəhid olub. Şəhid aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Yenicag.az