Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aprel döyüşlərində yaralanan qazimiz səhhətinə qovuşdu – FOTO

Azərbaycan Ordusunun zabiti, aprel döyüşlərində qəhrəmanlıq göstərərək qazi olan Azər Məmmədovun Türkiyədəki müalicəsi davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə “Azxəbər”ə açıqlamasında sağlamlıq turizmi üzrə tanınmış ekspert, “Healthis” Assistance şirkətinin rəhbəri Sənan Quliyev məlumat verib.

Sənan Quliyev Azər Məmmədovun yerimə qabiliyyətini tamamilə itirdiyini və ona Türkiyədə müalicələrin tədbiq edildiyini bildirib:

“Aprel döyüşlərinin qəhrəmanlarından olan Azər Məmmədova kök hüceyrə müalicəsi tətbiq edildi. Bundan başqa qazimiz onurğa əməliyyatı keçirəcək və növbəti kök hüceyrə tətbiqindən sonra o ayaq üstə vətənə dönəcək. Azər Məmmədov bu əməliyyatdan sonra Azərbaycanda fiziyoterapiya müalicəsi alacaq və yaxın zamanlarda tamamilə sağlamlığına qovuşacaq”.

Qeyd edək ki, aprel qazisinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Loading...

www.yenicag.az

2188
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100