!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aprel şəhidinin xatirəsinə beynəlxalq yarış keçirildi- FOTOLAR

!Reklam – Yazi

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Judo Club 2012”nin təşkilatçılığı ilə 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında beynəlxalq turnir keçirilib.

Yeniçağ.Az xəbər verir ki, turnir aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər hərbçilərimizin əziz xatirəsinə həsr edilib.

Yarış Bakı İdman Sarayında baş tutub.

101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb.

“Aran-Qarabağ”, “Gəncə”, “Judo 2012”, “Masallı”, “Neftçi İdman Klubu” İB, “Qəbələ”, “Sumqayıt”, “Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı Rusiya və Gürcüstan millisi də mötəbər turnirin iştirakçısı olub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda “Neftçi İdman Klubu” və Rusiya yığması 3-cü olub.
Final qarşılaşmalarından əvvəl yarışın açılış mərasimi keçirilib.

Həlledici görüşdə isə Gürcüstan millisi ilə “Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə hərs edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi adını qazanıb.

Aygün İlqarqızı

Fotolar: Cəmalə Əlizadə

Yeniçağ.Az

www.yenicag.az

1229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv