Apreldə beş gün ardıcıl iş olmayacaq – SƏBƏB

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 10-11 aprel Ramazan bayramına təsadüf edir. Belə olduqda, aprelin 10, 11, 12, 13 və 14-ü istirahət günləri olacaq.

COP29