!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aprelin 18-dən komada olan 8 yaşlı Əsmər öldü

!Reklam – Yazi

esmer_komaAprelin 18-dən komada olan 8 yaşlı Əsmər Haqverdiyeva mayın 20-də dünyasını dəyişib.

Bu barədə AzNews.az-a Ə.Haqverdiyevanın atası Nizami Qaraoğlu məlumat verib. Onun sözlərinə görə, mərhum qızı avtomobil qəzası zamanı ağır beyin xəsarəti aldığından həkimlər onun həyatını xilas edə bilməyb: “Qızımın həyatı yarımçıq qaldı. 8 yaşlı Əsmər öldü. Amma onu öldürən şəxs hələ də azadlıqda gəzir. Mən bunu anlaya bilmirəm, bu şəxs insan öldürüb, amma hüquq-mühafizə orqanlarının gözü qarşısında həmin avtomobilində heç nə olmamış kimi gündəlik həyatını yaşayır”.

Qeyd edək ki, 8 yaşlı Əsmər Haqverdiyeva aprelin 19-da avtomobil qəzası keçirib və nəticədə ağır travma alaraq Qazax Rayon Xəstəxanasına yerləşdirilib. Ondan bir neçə gün sonra isə Ə.Haqverdiyeva 1 saylı Klinik Xəstəxananın (Semaşko) reanimasiya şöbəsinə aparılıb.

Baş Dövlət Yol Polisinin Şəmkir- Qazax magistral yolunun istintaq və təhqiqat şöbəsinin müstəntiqi Nemət Cəfərov AzNews.az-a açıqlamasnda ölüm faktıyla bağlı ekspertiza rəyinin hazır olduğunu deyib, lakin ətraflı məlumat vermək istəməyib.

www.yenicag.az

1104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv