Respublikanın əksər bölgələrində aprel ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından, əsasən, 1-2º yüksək, ötən ilin göstəricilərindən 3-5º az olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 10,2º, Naxçıvanda 12,3º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 12-13º, Şəki-Zaqatala, Lənkəran-Astarada 9-12º, Qubada 8º, Dağlıq Şirvan bölgəsində 8-9º, Gəncədə və Goranboyda 11-13º, Gədəbəydə 7º, Ceyrançöldə və Tovuzda 11-12º təşkil edib.
Havanın minimum temperaturu Gədəbəydə -3º, Naxçıvanda -2º, Qubada və Şamaxıda -1º, Qəbələdə və İsmayıllıda 0º, Şəkidə 1º, Zəngilanda və Cəfərxanda 2º, Maştağa, Lənkəran, Tovuz, Ceyrançöldə 3º, Gəncə-Qazaxda 4º, Bərdə Tərtər və Mərkəzi Aranda 5º və Acınohurda 7º qeydə alınıb.