Aptek müdirlərinə SMS-lə xəbərdarlıq göndərildi

105019_res_01Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində sentyabrın 15-dən başlayaraq qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verib.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki , artıq ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.

Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilən qiymətləri tənzimlənən 256 dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır.

Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçən bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.

Həmçinin, SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək.