Aptekdə nöqsanlar aşkarlandı – FOTO

Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində fəaliyyət göstərən, “Dokta” MMC-yə məxsus aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Baxış zamanı aptekdə çalışan işçilərin məcburi tibbi müayinədən keçmədiyi, həmçinin satışı həyata keçirilən “Nutrilak” əmtəə nişanlı uşaq qidalarının etiketində digər dillərə yanaşı, Azərbaycan dilində məlumatların olmadığı məlum olub. Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.