Bakıda aptekdə əczaçıya qarşı fırıldaqlıq olub.
Yenicag.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, müştəri kimi aptekə girən qadın bir ədəd müalicəvi şampun alıb. Bu vaxt o, nəinki aldığı məhsulun pulunu ödəməyib, üstəlik satıcıdan pulun qalığını alıb. Bütün bunlar isə saniyəsinədək təhlükəsizlik kamerasında qeydə alınıb.
Hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsindəki apteklərdən birində baş verib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: