!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aptekdən uşaq yeməyi oğurlayan şəxslə bağlı daha bir açıqlama

!Reklam – Yazi

Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.

Yenicag.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq (177.2.1 və 177.2.2) maddələri ilə məhkum olunmuş 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb:

“Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”.

Qeyd edək ki, daha əvvəl Lent.az-ın yaydığı məlumatda İlkin Məmişovun 100 manat dəyərində olan uşaq yeməyini övladı üçün oğurladığı bildirilmişdi.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv