!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Apteklər Tarif Şurasının qərarına necə riayət edir?

!Reklam – Yazi

216951_465374Rusiya istehsalı olan dərmanların qiymətləri aşağı salınmayıb. Bunu Bakıda bir sıra apteklərdə aparılan müşahidələr göstərir.

Əczaçıların verdiyi məlumata görə, qiymət endirimi daha çox Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Hindistan istehsalı olan dərmanlarda özünü göstərir.

Avropa istehsalı olan dərmanlarda da qiymət endirimi cüzi də olsa hiss olunur.

Əczaçılar bildirib ki, eyni tərkibli Rusiya istehsalı olan anti-biotiklərin qiyməti dəyişməyib: “Amma Asiyadan gətirilən anti-biotiklərin qiymətini iki dəfə aşağı salmışıq. Macarıstandan gətirilən bəzi dərmanlarda da tədricən qiymətlər aşağı salınır”.

Çox ciddi dəyişiklik olmadığını və bu prosesin tədricən həyata keçiriləcəyini qeyd edən əczaçıların sözlərinə görə, qiymətlərin endirilməsini bütün apteklər eyni xətt üzrə tənzimləyir. Azərbaycanda gündən-günə artan şəkər xəstələri üçün olan preparatların qiymətində heç bir dəyişiklik olmadığını qeyd edən əczaçılar bildirir ki, şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş ”Tioktacid” əvvəl 25 manata satılırdı, elə indi də o qiymətədir. Ola bilər apteklərin yerləşdiyi ərazilərə görə qiymətlərdə 50 və ya 20 qəpik fərq edə bilər. Amma bu o demək deyil ki, qiymətlərdə endirim olub”.

Allergiyalı xəstələr üçün nəzərdə tutulan dərmanların qiymətlərində endirim olduğunu deyən başqa bir əczaçı bunların ancaq Asiya istehsalı olanlara aid olduğunu bildirib: “Yaxın vaxtlarda qiymətlər aşağı salınacaq. Qarşıdan qış gəlir. Xəstəliklər qış aylarlında artır. Hazırda konkret dərman adı çəkə bilmərəm ki, onun qiymətində çox böyük enidirim olub. Amma ümumilikdə yavaş-yavaş qiymətlərin salınması prosesi gedir”(trend).

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv