Aqil Abbas parlamentdəki çıxışından danışdı: “Tələbələri öpürəm”

“Tələbələr gedib iki ay Qarabağda işləyib min manat maaş ala bilərlər. O pulu təhsillərinə xərcləyə bilərlər”.

Bunu Milli Məclisdə tələbələrin könüllü şəkildə işğaldan azad edilmiş ərazilərdə işə cəlb edilmələri ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkədə tənqid olunan millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

“Parlamentdə nə demişəmsə, yenə onu təkrar edirəm. Əlavə şərh verməyəcəm. Yay tətilləri zamanı işləyib həm pul qazana, həm də Qarabağdakı quruculuğa yardım edə bilərlər. Milli Məclisdəki çıxışımda da dedim, tələbələri öpürəm. İndi də deyirəm”.

Səxavət Məmməd

COP29