!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Abbasdan Ağacan Əbiyevin "ağılsız" sözünə cavab - "Gərək içki də içməsinlər"

!Reklam – Yazi

Azərbaycanda 29 dekabr 2017-ci ildən etibarən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib.

Yenicag.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev qanunun tətbiqi barədə fərman imzalayıb.

Qanuna əsasən, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadə ictimai yerlərdə qadağan edilib. Elə bu məsələ ilə bağlı Ölkə.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev sözügedən qanunun ABŞ və digər dövlətlərdə xeyli vaxt əvvəl qəbul edildiyini bildirib:

“Siqaretdən istifadə ilə bağlı qanunu qəbul etməkdə biz gecikmişik. Bu gün siqaret çəkilməsinə qadağadan narazılıq edən adamlar yaxşı olar ki, gedib ABŞ-da bunu etsinlər. Həmin adamların hünəri varsa, gedib ABŞ-da hava limanı və ya marketdə siqaret çəksinlər. Dərhal tutub həbs edəcəklər, cərimələcəyəcəklər və sairə. Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinə qarşı olan qanunlar hələ çox yumşaqdır. Bu da təbiidir. Biz cəmi 26 ildir ki, müstəqil dövlətik. ABŞ-ın isə müstəqillik yaşı 100 ildən çoxdur. Ona görə də hələ Azərbaycanda qanunlar çox qəbul olunacaq.
Ümumiyyətlə, siqaret çəkmək doğru deyil. Siqaretin insan səhhətinə zərərli olduğunu artıq uşaq da bilir. Ağıllı adam siqaret çəkib, özünü zəhərləməz. Dövlət və parlament də öz vətəndaşlarının qeydinə qalaraq, bu cür qanunlar qəbul edir. Hər bir insan da qəbul edilən qanunun tələblərinə ciddi əməl etməlidir”.

Yenicag.az-a açıqlama verən digər millət vəkili Aqil Abbas Ağacan Əbiyevin səsləndirdiyi fikrin düzgün olmadığını deyib. O bildirib ki, əgər kimsə siqaret çəkirsə, bu onun öz şəxsi işidir və buna görə məsələyə sərt şəkildə münasibət bildirmək doğru deyil:

“Mən ağıllı adamam və siqaret də çəkirəm. Bu bir vərdişdir, ağıla heç bir dəxli də yoxdur. Bəli, çəkməyən adamlara haqq qazandırıram. Lakin mən təxminən 30 ildən çoxdur ki, siqaret çəkirəm. O da ki müharibə vaxtı keçirdiyim əsəblərə görədir. Ağacan müəllimin fikrinə qaldıqda isə, o fikri elə tərzdə demək düzgün deyil. O zaman belə çıxır ki, ağıllı adamlar gərək içki də içməsinlər. Ağacan siqaret çəkən deyil deyə, məsələyə o cür yanaşıb. Lakin düzgün yanaşma deyil.

İndi sözdür də deyib, insandır. Məsələn, kimsə mənə zəng edər, mən də deyərəm ki, ağlı olan içki içməsin. Özüm də içki içirəm. Bu adi bir söz və ifadədir. Bu söz həmin işi görə şəxsin ağılsız və yaxud axmaq olmağı demək deyil. İndi Ağacan da desəydi ki, siqaret çəkən ağılsızdır, o başqa məsələ olardı. Ümumiyyətlə, Azərbaycan dilində belə bir ifadə var: “Ağlı olan, filan işi görməz”. Bu da onun kimi bir sözdür”.

Onu da qeyd edək ki, yeni qüvvəyə minən qanunun tələblərini pozanlar 30 manatdan 1000 manata qədər cərimələnəcək.

Elvin Paşazadə

www.yenicag.az

2571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv