!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Abbasdan etiraz: “Qoyunun 100 manatlıq hissəsini komissiyaya verməliyəm?”

!Reklam – Yazi

“Bir dəfə də gecikməmişəm, dərsə vaxtında gələn tərbiyəli adamam”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışında millət vəkili Aqil Abbas deyib.

Aqil Abbas Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan bəzi dəyişikliklərin absurd olduğunu deyib:
“Qaydaya görə, üç iclasa gəlməyən deputatın mandatı ləğv olunur. Bu nədir? Bəlkə valideynlərimi çağırıb töhmət verəsiz? Bəyəm məni İntizam Komissiyası deputat seçib?

Bu on üç ildə hələ bir dəfə də iclasa gecikməmişəm. Necə deyərlər, dərsə vaxtında gələn tərbiyəli adamam. Deyirlər ki, 50 manatdan artıq məbləğdə deputata hədiyyə verilərsə, İntizam Komissiyası bu barədə məlumatlandırılmalıdır.

Sizə misal deyim. Getmişəm, məsələn, Füzuli rayonuna. Dostum mənə yüz əlli manatlıq qoyun kəsib verib. İndi onun yüz manatlıq hissəsini kəsib İntizam Komissiyasına verməliyəm?”

www.yenicag.az

3281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv