!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Ələsgərdən açıqlama

!Reklam – Yazi

aqil “Yeni Çağ” fəaliyyətə başladığı gündən bəri həmişə Azərbaycanın maraqlarını öz həyatımızdan üstün tutduq. Kimsənin yazmağa cəsarət etmədiyini yazdıq. Kimsənin görmədiyini gördük və bunu dilə gətirməkdən çəkinmədik. 2006-2007-ci illərdə Fətullah Gülən, Hizbullah, Xəvaric təhlükələrindən bəhs edərkən, bir çoxuna bu adlar belə tanış deyildi.

Heç bir təhdidə boyun əymədik… Heç nəyə vətənimizin və dövlətimizin gələcəyini satmadıq… Bəlkə bizdən sonra yola çıxanlardan belə çox-çox geri qaldıq, ancaq alnımız açıq, üzümüz ağdır…

Və bu gün artıq Azərbaycan bunların təhlükə olduğunun fərqinə vardı…
Sadəcə Azərbaycanmı? Gülən Şəbəkəsinin təhlükəsini yataq otağına qədər girilən Ərdoğan da hiss etdi ki, 30 illik dostlarından belə bu mübarizə üçün vaz keçdi.

Çünki məsələ hansısa dini ayinlərini icra edən bir camaatla mübarizə deyil, məsələ dövlətin xarici ölkələrin kəşfiyyat qurumlarının oyuncağına çevrilən bir qorxunc şəbəkə ilə mübarizəsidir.

Dövlət içinə heç kimin ruhu belə duymadan soxulan bu şəbəkə ilə mübarizəmiz dünən də olub, bu gün də var, sabah da davam edəcək.

Biz müharibə, sıxıntı, görmüş insanlarıq. Bəlkə də yaşımız az olub, ancaq ölkədəki hərcmərcliyi yaşayan, gecə saat 3-ə qədər uşaq yaşımızla çörək növbəsində dayananlardan olmuşuq. Bu səbəbdən də dövlətimizdəki sabitliyi pozmaq istəyən, rəngli inqilablarla, “sistemli plan”la hərəkət edən hər bir qüvvə bizim düşmənimizdir. Çoxları 2003-cü ildə “tarix yazmaq” istəyərkən, mediada müxtəlif qara xəbərlər çıxarkən, Azərbaycanın gənc dindarları adından bu günki Prezidentimiz İlham Əliyevin baş nazirliyini ilk təbrik edənlərdən biri bu sətirlərin müəllifi olan Aqil Ələsgər idi.

Biz o zaman İlham Əliyevi dəstəkləməklə əslində təməli Ulu Öndərimiz tərəfindən qoyulan sabitliyi və inkişafı müdafiə edirdik və zaman bizi haqlı çıxardı.

Əlbəttə güclənən dövlətin düşmənləri olacaqdı və bu düşmənlərə qarşı mübarizə sadəcə dövlətin deyil, həm də bunu görən vətəndaşların da borcudur.

Mübarizəmiz davam edir…

İnşallah həm redaksiyamızın yerləşdiyi binanın qəfil təmirə dayanması və yeni ofis axtarışı və köç, həm də Gülən Şəbəkəsi ilə bağlı araşdırma və görüşlər üçün öncədən planlaşdırdığım səfərlərə görə, ofis problemini bir-iki günə həll edər-etməz, Türkiyəyə yola düşəcəyəm. Orada bir sıra mühüm görüşlərimi keçirib, kitabımla bağlı işlərimi də yekunlaşdırıb, geri dönəcəyəm. Sentyabrın ortalarından etibarən bu şəbəkə ilə bağlı yeni araşdırmalarla görüşünüzə gələcəm. Allahın izniylə Fətullah Gülən Şəbəkəsinin dünyada və Azərbaycandakı fəaliyyətləri ilə bağlı kitab və ya xüsusi buraxılışımız (maddi durumumuza bağlı olaraq ya kitab, ya da xüsusi buraxılış mütləq olacaq.) da o zamana qədər hazır olacaq

Bizi izləməyə davam edin…

Aqil ƏLƏSGƏR

www.yenicag.az

1036
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv