!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aqil M.Quliyev: “Qadını fahişə kimi göstərirsənsə, fitə basıb daşlayacaqlar” - FOTO

!Reklam – Yazi

Tanınmış rejissor Aqil M.Quliyev yaxın günlərdə yeni filmlərlə gündəmi bir-birinə vuracaq. “Sel gəlir” deyən rejissor çəkdiyi filmlərin kino aləminə bomba kimi düşəcəyini bildirib.

Yenicag.az-a açıqlama verən rejissor filmlərində erotika da olacağını deyib:

“Əlbəttə filmlərimdə erotika olacaq. Vaxtilə kliplərimdə erotikadan istifadə etmişəm. Amma heç vaxt heç kim irad bildirməyib ki, vay-vay bu nədir çəkmisən. Çünki təqdimat gözəl idi. Qadın bədəni gözəldir, əgər onu gözəl tərzdə görürsənsə, təqdimatı da gözəl olacaq. İnsanlar tərəfindən müsbət qarşılanacaq. Hər şey daxili mədəniyyətdən asılıdır. Dünya kinosunda fahişə obrazı olan minlərlə filmlər var. Sən o qadını fahişə kimi göstərirsənsə, tamaşaçı da elə görəcək, fitə basıb daşlayacaq. Yox əgər fahişəni gözəl bədən quruluşuna malik əsl qadın kimi təqdim edirsənsə, tamaşaçı o nöqteyi nəzərdən baxacaq. Buna deyərəm rejissorun uğuru”.

Cəvahir

www.yenicag.az

6372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv