Aqil Məmmədov rəsmən “Neftçi”də

Qış fasiləsinə 5-ci pillədə yollanan “Neftçi” yeni transferini rəsmiləşdirir.

Yenicag.az xəbər verir ki, söhbət Aqil Məmmədovdan gedir. “Qəbələ”dən ayrılan qapıçı bu gün bakılılarla sözləşmə imzalayacaq. Məlumatı saytımıza açıqlamasında qolkiperin özü deyib. O,  bildirib ki, “Neftçi”də 23 nömrəli forma altında çıxış edəcək. Ancaq 28 yaşlı əlcək sahibi müqavilənin hansı müddətə nəzərdə tutulduğunu bildirməyib.

Qeyd edək ki, Aqil Məmmədov 2015/2016 mövsümündə də “Neftçi”də çıxış edib.

Emin Səfərov