Aqollinin ABŞ klubuna keçidi rəsmiləşdi

“Qarabağ”dan ayrılan Ansi Aqollinin ABŞ-ın “Nyu-York Kosmos” klubuna keçidi rəsmiləşib.

Yenicag.az xəbər verir ki, futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

36 yaşlı müdafiəçi keçidi ilə bağlı bunları söyləyib: “Burada özümü çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada amerikan futbolu deyəndə ağla ilk olaraq “Kosmos” gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həmin ənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm”.

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.