AQTA 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarladı

 

 

 

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb.

Yenicag.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, 18-19 iyul tarixlərində agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində, İsmayıllı, Masallı və Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.