!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arakan müsəlmanları atəşkəs elan etdilər

!Reklam – Yazi

Arakanda (Myanma) Rohinca müsəlmanlarına edilən zülmə qarşı üsyan edən döyüşçülər böhranın sona çatdırılması üçün 1 aylıq atəşkəs elan ediblər.

Yenicag.az xəbər verir ki, Arakan Rohinca Qurtuluş Ordusu atəşkəsin bu gündən başladığını açıqlayıb. Onlar Myanma ordusunun da silahı yerə qoymasını tələb edirlər.

Rohinca müsəlmanlarının iddiasına görə, ordu və Rakxayn buddistləri onlara qarşı amansızlıq edirlər, kəndlərini yandırırlar. Myanma rəhbərliyi isə bu iddiaları təkzib edir və bildirir ki, ordu Rohincanı sadəcə, “terrorçulardan” təmizləyir.

Qeyd edək ki, 50 milyon əhalisi olan Myanmada 1 milyondan çox müsəlman yaşayır. İşgəncə səbəbindən 290 min müsəlman Banqladeşə sığınıb.

www.yenicag.az

1589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv