Arakçı Əsəddən Ankaraya mesajı çatdırıb?

İran xarici işlər naziri Abbas Arakçının Ankaraya səfəri zamanı Türkiyə Suriya Prezidenti Bəşər Əsəddən heç bir mesaj almayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bəşər Əsədin Türkiyə hakimiyyəti ilə görüş istəyib-istəməyəcəyi də maraq doğururdu. Lakin nə Rusiya xarici işlər naziri, nə də İranın xarici işlər naziri bu barədə açıqlama verdi. İranlı nazir Əsəddən Ankaraya mesaj gətirməyib”, – mənbə bildirib.

Qeyd edək ki, dekabrın 1-də İranın xarici işlər naziri Abbas Arakçı Dəməşqə səfər edib, burada Suriya Prezidenti Bəşər Əsədlə danışıqlar aparıb, dekabrın 2-də isə Türkiyədə türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.

COP29