Reklam: High Technic
hightechnic

Mübariz Mənsimovun gəmisi Tunis vətəndaşlarını xilas etdi

Azərbaycan gəmisi Aralıq dənizində batan 5 Tunis vətəndaşını xilas edib.

Yenicag.az xəbər verir ki, “Palmali” şirkətinə məxsus “SHIRVAN” gəmisi fırtınalı hava şəraitində Aralıq dənizində fəlakət siqnalı qəbul edib. Batan qayıqdan 5 nəfər xilas edilərək gəminin göyərtəsinə çıxarılıb. Xilas olunanların Tunis vətəndaşı olduğu ehtimal edilir.

Şirkətin göstərişinə əsasən gəmi kapitanı Siciliya Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə əlaqə saxlayıb və xilas olunanlar barədə məlumat verib.

Beynəlxalq qaydalara uyğun olaraq, Dəniz Xilasetmə Koordinasiya Mərkəzi xilas olunanların endirilməsi və İtaliya hakimiyyətinə təhvil verilməsi üçün Trapani liman yolunu izləmək təlimatı verib.

Qeyd edək ki, 1998-ci ildə Türkiyədə yaranan “Palmali Şirkətlər Qrupu” neft və neft məhsulları da daxil olmaqla yüklərin daşınmasını həyata keçirir. Şirkətin prezidenti azərbaycanlı iş adamı Mübariz Mənsimovdur.

www.yenicag.az

1145