Aralıq dənizində zəlzələ

Aralıq dənizindəki Krit adası yaxınlığında 5,5 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

Yerli vaxtla 08:07-də ​​baş verən zəlzələnin dərinliyi 15 kilometr olub. Fəsadlar barədə məlumat verilmir.