!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Araq əvəzinə içilən məhluldan 41 nəfər öldü

!Reklam – Yazi

1482077072_alkoqolRusiyanın İrkutsk vilayətində kütləvi zəhərlənmədən onlarla insan dünyasını dəyişib.

Yeniçağ.Az Rusiya mediasına istinadən xəbər verir ki, dekabrın 17-19-da İrkutskun Novo-Lenino mikrorayonunda sakinlərin kütləvi surətdə kosmetik vasitə olan “Boyarışnik” məhlulu içmələri nəticəsində ölənlərin sayı 41-ə çatıb, 21 nəfər isə ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlər üzərində “İçmək olmaz” xəbərdarlığına məhəl qoymayaraq, tərkibində etil yox, metil spirti olan “Boyarışnik” məhlulunu içərək, öz ölümlərini gətiriblər. Bu hadisədən sonra vilayətdə sertifikatlaşdırılmayan spirt tərkibli məhsulların satışına nəzarət gücləndirilib.
“Boyarışnik” kimi ucuz məhlulların əsas istifadəçilərinin əyyaşlar və “bomj”lar olduğunu nəzərə alan yerli hakimiyyət orqanlarının nümayəndələri həmin “içki”nin qurbanlarının sayının artacağını gözləyir.

Yeniçağ.Az

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv