Ararat Mirzoyan Türkiyədədir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankaraya səfər edib.

Yenicag.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb.

Məlumata görə, Mirzoyanı hava limanında Türkiyəni Ermənistanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarda təmsil edən Serdar Kılıç qarşılayıb.

Mirzoyan Ankarada Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.