Dəniz yaxınlığında yaşamaq insanın psixi sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Yenicag.az xəbər verir ki, bu, alimlərin 25 mindən çox insan arasında apardığı sorğunun nəticələrindən məlum olub.
Alimlər belə bir nəticə alıblar: dənizdən bir kilometr məsafədə yaşayan insanlar ruhi xəstəlik əlamətlərini 50 km-dən çox uzaqda yaşayanlara nisbətən 22% daha az yaşayırlar.
Dəniz kənarında yaşamaq depressiya və narahatlıqla mübarizə aparmağa kömək edir.
Tədqiqatçıların fikrincə, hətta dənizi adi düşünmək belə sakitləşdirici təsir göstərir.
Xuraman Etibarlı