Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi müzakirə edildi

Tiflisdə “Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi” mövzusunda təlimlər təşkil olunub.

Yenicag.az-a Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ) daxil olan məlumata görə, təlimlər Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı və Norveç Xarici işlər Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub.

Təlimlərə AB-nin “Şərq tərəfdaşlığı proqramı”na daxil olan ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının təmsilçiləri qatılıblar. Azərbaycandan tədbirdə BJF-nin yerli üzv təşkilatı – Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təmsilçiləri Teymur Zahidoğlu və Nəzirə Nurullayeva iştirak ediblər.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təlim iştirakçılarına “Araşdırmaçı jurnalistlər üçün planlaşdırma”, “Risklərin təhlili”, “Şəxsi təhlükəsizlik”, “Mənbələrlə işləmə prinsipləri”, “Araşdırmaların aparılması üçün müasir metodlar” mövzusunda bilgilər verilib.

Təlimləri uğurla başa vuran iştirakçılara “Təlimçi sertifikatı” təqdim olunub. Azərbyacandan olan iştirakçılar da sertifikat alanlar sırasındadırlar.

COP29