İcarə əsasında Kiprin “Anortosis” klubunda çıxış edən millimizin üzvü Araz Abdullayev yeni komandasında ilk qoluna imza atıb.
Yenicag.az xəbər verir ki, yarımmüdafiəçi “Aris”lə yoxlama matçında fərqlənib.
Oyunun 63-cü dəqiqəsində meydana daxil olan Abdullayev, 20 dəqiqə sonra komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi olub – 1:1.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi müqavilə ilə “Qəbələ”yə məxsusdur.
Həmin qolun videosunu təqdim edirik:
Yenicag.az