“Qarabağ” “transfer pəncərəsi”nin son günündə növbəti transferini reallaşdırıb.
Yenicag.az xəbər verir ki, Ağdam klubu milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb.
Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.
26 yaşlı vinger son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.