!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Araz Abdullayev Super Liqa klubunda - AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycan millisinin və “Qəbələ”nin futbolçusu Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək.

Yenicag.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin xidmətində Super Liqa təmsilçi “Panionios” maraqlıdır.

Məlumatı saytımıza açıqlamasında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib: “Bəli, təklif var. Arazın özü də Yunanıstanda oynamaq istəyir. Danışıqlar yekunlaşmaq üzrədir. Şərtlərlə bağlı razılıq əldə olunub. Bu gün-sabah müqavilə imzalanmalıdır”.

Xatırladaq ki, Araz Abdullayev 2001-2002-ci illərdə də “Panionios”da çıxış edib.

Qeyd edək ki, Araz Abdullayev ötən mövsüm icarə əsasında Kiprin “Anortosis” klubunun formasını tərlədib.

Emin

www.yenicag.az

2585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv