Araz Ağalarov “İlin adamı” seçildi

img1154006Azərbaycanlı iş adamı, “Crocus Group”un prezidenti Araz Ağalarov CRE Moscow Awards 2015 tərəfindən “İlin developer” və “İlin adamı” adını qazanıb.

Yenicag.az qafqazinfo-ya istinadən  xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat verilib.

Qeyd edək ki, Commercial Real Estate Awards hər il kommersiya mülkiyyəti sahəsində keçirilən professional mükafatlandırma mərasimidir. Artıq 12-ci dəfədir baş tutan mərasimdə hər il olduğu kimi mükafatın laureatları öz sahəsində ən yaxşı şirkətlər seçilir.